Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar ertəsi

31 oktyabr 2022

20:27:33
1319314

Fransalı deputatlar: Biz ermənilərin yanında olmaq üçün gəlmişik”

Fransa Milli Assambleyasının deputatları Emənistan parlamentinin Ermənistan-Fransa dostluq qrupunun nümayəndələri ilə görüşüblər.

onlar məlumat veriblər ki, Fransa Milli Assambleyası Azərbaycana qarşı müəyyən sanksiyaları nəzərdə tutan, guya işğal olunmuş ərazilərin qaytarılmasını və danışıqlar masasına qayıtmağı tələb edən qətnamə qəbul etməyi planlaşdırır.

İqtisadi sahədə Ermənistan-Fransa əməkdaşlığının inkişafı, birgə layihələrin həyata keçirilməsi və uzunmüddətli davamlı investisiyalar ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd olunub ki, Ermənistan yeni investisiyaların cəlb edilməsi üçün iqtisadi və rəqabət mühitini yaxşılaşdırır. İqtisadi inkişaf baxımından regional sabitlik və sərhədlərin toxunulmazlığı vacibdir.

Qeyd edək ki, görüşdə Ermənistan tərəfdən Ermənistan-Fransa dostluq qrupunun üzvləri iştirak ediblər.

342/