Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar ertəsi

31 oktyabr 2022

20:24:59
1319308

Azərbaycan və Rusiya liderlərinin mövqeyində ciddi fərqlər var

Rusiyanın Soçi şəhərində keçirilən sammitdə İlham Əliyevin gözləntiləri özünü doğrultmayıb.

 İlham Əliyev Soçidə Rusiya dövlət başçısı Vladimir Putinlə ikitərəfli görüşündə çıxış edərkən deyib ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb, iki il əvvəl həll olunub. Buna görə də bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur və yalnız Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb edir.

Daxil olan məlumatda qeyd olunur ki, Putin azərbaycanlı həmkarından fərqli olaraq Qarabağ konfliktinin bitmədiyini açıq şəkildə bəyan edib və daha çox Ermənistanı ruhlandıran bəyanat verib.

Rusiya rəhbəri Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib: "Bu münaqişə onilliklərdir ki, davam edir, ona görə də nə vaxtsa bu münaqişəyə son qoyulmalıdır. 

Prezident ümid edib ki, Ermənistan və Azərbaycan liderləri ilə üçtərəfli sammit Qarabağda nizamlanma istiqamətində addımlar tapmağa imkan verəcək.

Xatırladaq ki, Putinin bundan əvvəl Valday konfransında verdiyi açıqlama zamanı Azərbaycanın Qarabağ üzərində suverenliyini şübhə altına alaraq, kinayə ilə Vaşinqton variantından danışması rəsmi Bakını çətin vəziyyətdə qoydu. Ona görə də Əliyevin Soçidən əliboş qayıdacağına şübhə qalmır.  

342/