Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar ertəsi

31 oktyabr 2022

20:23:19
1319304

Lavrov: ABŞ Avropanı hərbi və iqtisadi cəhətdən zəiflətmək istəyir

Rusiyanın xarici işlər naziri bazar günü verdiyi müsahibədə deyib ki, Amerika Avropa İttifaqını iqtisadi və hərbi cəhətdən zəiflətməyə çalışır.

Sergey Lavrov deyib: "Avropalılar bundan əvvəl də Rusiyaya qarşı sanksiyalardan ABŞ-dan qat-qat daha çox zərər görüblər. Təkcə Rusiyada deyil, Qərbdə getdikcə daha çox iqtisadçı belə qənaətə gəlir ki, Birləşmiş Ştatlar Avropa iqtisadiyyatını tamamilə tükəndirmək və sənayesizləşdirməyə çalışır". 

Rusiya xarici işlər naziri əlavə edib: "Avropanı hərbi baxımdan zəiflətmək, onu daima təzyiq altında  saxlamaq, onu Ukraynaya silah göndərməyə məcbur etmək, bunun əvəzində Avropa İttifaqı ölkələrinin silah arsenalını Amerika təchizatı ilə doldurmaq Vaşinqtonun maraqlarına uyğundur".

Bu arada Avropa ölkələrində Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının davam etdirilməsinə etirazlar artır.

Bazar günü minlərlə Almaniya vətəndaşı Drezdendə Rusiyaya qarşı sanksiyaların dayandırılması tələbi ilə etiraz aksiyası keçirib.

Nümayişçilər, həmçinin Almaniyadan Rusiya və Ukrayna arasında hazırkı müharibədə bitərəf qalmasını tələb ediblər.

Nümayişçilər vurğulayıblar ki, avropalılar qışda Zelenskiyə və Ursula Von Der Leyenə görə ac qalmaq və donmaq istəmirlər.

342/