Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

30 oktyabr 2022

20:16:45
1318945

Fransa polisi etirazçı fermerlərlə toqquşub

Fransa polisinin ölkənin qərbində əkin sahələrini suvarmaq üzrə iri su anbarının inşasına qarşı çıxan etirazçılarla toqquşması nəticəsində onlarla nəfər yaralanıb.

Nümayişə qarşı qadağanın qoyulmasına rəğmən, bir neçə min etirazçı Sent-Sulin kəndində böyük süni su anbarının inşası məkanına toplaşıb. Polis gözyaşardıcı qaz işlətməklə etirazçıları dağıtmağa çalışıb.

Yerli icra hakimi bir bəyanatda bildiribdir ki, bəzi etirazçılar tərəfindən Molotov kokteyllərinin və yandırıcı vəsaitlərin atılması nəticəsində 61 polis yaralanıb və onlardan 22 nəfərin vəziyyəti ağırdır. Toqquşmada dörd etirazçı da yaralanıbdır.

Fransanın kənd təsərrüfatı naziri Mark Fesno bir tvittdə polisə qarşı zorakılığı pisləyib və "illər boyu yerli səviyyədə inkişaf etdirilmiş layihənin həyata keçirməsinin qarşısını almaq niyyətində olduqlarına" görə, etirazçıları tənqid edib.

Digər tərəfdən, aksiyada iştirak edən Fransa Yaşıllar Partiyasının yüksək səviyyəli üzvlərindən bir qrupu, etirazçılara qarşı min beş yüzdən çox polisin səfərbər edilməsi ilə formalaşmış təhlükəsizlik atmosferinin yaradılmasını, toqquşmanın baş verməsi və şiddətlənməsində müqəssir kimi qələmə verib.

Yaşıllar Partiyasının üzvlərindən olan Sandrin Russo hadisə ilə bağlı bildiribdir ki, bütün bu hadisələr quraqlığın qızğın çağında suyu oğurlamağa görə, meydana gəlib.

Cari ilin yaında baş verən Fransa tarixindəki ən pis quraqlıq, Avropa Birliyinin ən iri kənd təsərrüfatı sektorunda su ehtiyatları üstündəki mübahisələri daha da kəskinləşdiribdir.

342/