Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

30 oktyabr 2022

20:15:25
1318943

İtaliyada səhiyyə işçiləri aksiya keçiriblər

İtaliya xalqının müxtəlif təbəqələrinin yüksək yaşayış xərcləri və qiymət artımına qarşı etirazlarının davamında italyan həkim və şəfqət işçiləri də etirazçılara qoşulublar.

İtaliyada üç minə yaxın səhiyyə işçisi dünən həmkarlar ittifaqlarının çağırışının ardınca və peşə problemlərinə, xüsusən öz məişət durumuna etiraz olaraq, Romadakı iri meydanlardan birinə toplaşıb.

İtalyan həkim və şəfqət işçiləri aksiyada bildiriblər ki, xəstəxana işçiləri çatışmazlığı, xüsusən şəfqət işçilərinin kəskin tərzdə az olması, xəstəxanalarda xəstələrə xidmətlərin azalmasına və hətta ölkədə onlarla müalicə mərkəzinin bağlanmasına bais olubdur.

Həmkarlar ittifaqları İtaliyanın yeni hökumətinə xəbərdarlıq ediblər ki, əgər ölkə büdcəsində səhiyyə sektorunun krediti və onun işçilərinin əmək haqqıları artmazsa, onların etirazları genişlənəcəkdir.

İtaliya həmkarlar ittifaqlarının bildirdiklərinə görə, ötən bir neçə il ərzində bu ölkədə ictimai səhiyyə və müalicə sektorunun büdcəsindən otuz beş milyard avrodan çox məbləğ kəsilibdir.

342/