Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

30 oktyabr 2022

20:14:58
1318942

Cənubi Koreyada ümumi matəm elan olunub

Cənubi Koreyada xeyli sayda insan Hellouin şənliyində həyatını itirib.

Şənbə günü gecə Cənubi Koreyanın paytaxtı Seulda Hellouin şənliyində baş verən hadisə nəticəsində yüz əlli bir nəfər həyatını itirib, daha yüz əlli nəfər isə bədən xəsarəti alıbdır. Hadisə izdiham və boğulma nəticəsində baş verib.

Cənubi Koreya prezidenti Yun Sok Yol bu gün verdiyi bəyanatda bu ölkədə ümumi matəm elan etməklə həlak olanların ailələrinə başsağlığı verib. Ümidvarlıq edibdir ki, hadisədə bədən xəsarəti alanlar tez bir zamanda sağalacaqlar.

Cənubi Koreya prezidenti öz bəyanatında qeyd edibdir ki, belə bir kədərli və faciəli hadisə Seulun mərkəzində baş verməməli idi.

342/