Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

29 oktyabr 2022

20:59:41
1318553

Səud koalisiyası Yəməndən 1 milyard dollar neft oğurlayıb

Yəmən Milli Qurtuluş hökumətinin Neft Nazirliyi bildirib ki, müvəqqəti atəşkəs dövründə təcavüzkar səud koalisiyası Yəməndən 1 milyard dollar neft oğurlayıb.

Yəmən Milli Qurtuluş hökumətinin Neft Nazirliyi bir bəyanat yayaraq, bildirib ki, atəşkəs dövründə təcavüzkar səud koalisiyası və onun muzdluları tərəfindən talan edilmiş neft və qazın miqdarı bütün dövlət işçilərinin 11 ay ərzində maaşını ödəməyə kifayət edirdi.

Nazirlik qeyd edib ki, atəşkəs dövründə işğalçı qüvvələr tərəfindən talan edilmiş neft sərvətlərinin ümumi gəlirləri 9,9 milyon barel və ya 1,1 milyard dollar təşkil edib.

Yəmənin Milli Qurtuluş Hökumətinin Neft Nazirliyinin bəyanatına əsasən, atəşkəs dövründə işğalçı koalisiya və onun muzdluları tərəfindən talan edilmiş qazının ümumi daxili gəlirləri 114 milyard rialdan çoxdur.

342/