Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə axşamı

27 oktyabr 2022

20:46:08
1317900

"Birbaşa dialoq davamlı sülhə nail olmaq üçün açardır"

ABŞ hökuməti bildirir ki, Əliyev və Paşinyan onlar üçün ən faydalı formatda görüşə bilər.

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan liderlərini “onlar üçün əlverişli olan istənilən formatda görüşməyə” çağırıb. Bunu Vaşinqtonda brifinq zamanı Dövlət Departamentinin nümayəndəsinin müavini Vedant Patel bildirib.

"Dövlət katibi Entoni Blinken qeyd edib ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına sadiqdir və biz hər iki lideri onlar üçün əlverişli formatda görüşməyə çağırır.

Patel oktyabrın 31-də Soçidə Vladimir Putinin iştirakı ilə keçiriləcək Əliyev- Paşinyan görüşü ilə bağlı Turan-ın müxbirinin sualının cavabında deyib: “Bizim nöqteyi-nəzərimiz ondan ibarətdir ki, birbaşa dialoq bu məsələlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Cənubi Qafqazda üç ölkənin suverenliyi və müstəqilliyində, o cümlədən 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Ermənistan, Azərbaycan və Gürcüstanın müstəqilliklərinin bərpasında ABŞ-dan böyük tərəfdar yoxdur. Bu, ölkələrin hər birinin öz xarici siyasi maraqlarını və suverenliyini həyata keçirmək hüququna zəmanət verib". 

Müşahidəçilər isə bildirirlər ki, ABŞ-ın Cənubi Qafqazla bağlı strategiyası birbaşa Rusiyanın arxa baxçasına girməyə köklənib və 30 il boyunca Ermənistanın yanında olan bu dövlətin hazırda sərgilədiyi mövqe riyakarlıqdan başqa bir şey deyil. Bununla əlaqədar Azərbaycanla Ermənistanı birbaşa dialoq qurmağa çağırmaqla Birləşmiş Ştatlar onları Rusiyanın vasitəçiliyindən imtina etməyə təşviq edir.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Ermənistanda gedən proseslər və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Qərbin rolu barədə açıqlamalarında Praqada əldə olunan razılaşmaları Qərbin Ukraynaya “müdaxiləsi” ilə müqayisə edib.

Azərbaycanda isə hesab edirlər ki, bu sadəcə oaraq bir oyundur və Ağ Evin məqsədi Minsk Qrupunu bərpa etmək, Qarabağın statusunu gündəmə salmaq və nəticə etibarı ilə Azərbaycanı tələyə salmaqdır.  

342/