Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

27 oktyabr 2022

11:10:00
1317699

Müsəlman Fələstin ölkəsini işğal etmiş qondarma İsrail rejiminin müdafiə naziri Türkiyəyə səfər edib - Video

Proqramına Anıtkabir ziyarəti ilə başlayan Qants, xəyanətkar Türkiyə dövlətinin Milli Müdafiə naziri Hulusi Akar ilə görüşüb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Fələstin torpaqlarını işğal etmiş, qondarma sionist İsrail rejiminin müdafiə naziri Benni Qants Türkiyəyə rəsmi səfər edib.

Proqramına Anıtkabir ziyarəti ilə başlayan Qants, xəyanətkar Türkiyə dövlətinin Milli Müdafiə naziri Hulusi Akar ilə görüşüb.

İslam Dünyasına xəyanət edən Türkiyə dövlətinin Milli Müdafiə naziri Hulusi Akar Türkiyədə rəsmi səfərdə olan qondarma sionist rejiminin müdafiə naziri Benni Qants Milli Müdafiə Nazirliyində hərbi mərasimlə qarşılayıb. Mərasim heyətini salamlayan Qants daha sonra fəxri kitabını imzalayıb. Nazir Akar və nazir Gantz arasında baş tutan görüşdən sonra nümayəndə heyətləri arasında görüş başlayıb.

Benni Qantsın daha sonra riyakar prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi bildirilir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!