Əhli-Beyt
(əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, ABŞ
Ədliyyə Nazirliyi ötən il ölkənin "Tesla" şirkətinə qarşı bu şirkətin
avtomobillərinin avtopilot texnologiyasından istifadə etməklə avtonom idarə
oluna bilməsi xəbəri ilə bağlı araşdırmaya başlayıb.
Bu barədə "Reuters" agentliyi xəbər verib.
Məlumata əsasən, arasdırma avtopilot funksiyasından istifadə edərkən "Tesla" avtomobillərinin iştirakı ilə baş verən bir neçə qəzadan sonra başlayıb. Agentlik qeyd edib ki, şirkət müştərilərə xəbərdarlıq etdi ki, texnologiya idarə etməyə kömək edir, lakin onu avtonom etmir.
Müstəntiqlər "Tesla"nın texnologiyasının imkanları ilə bağlı çıxış edərək istehlakçıları, investorları və tənzimləyiciləri aldatdığını araşdırır.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!