Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

27 oktyabr 2022

10:30:00
1317691

ABŞ-a bağlı “İŞİD” adlı terror qruplaşması İrandakı terror hücumuna görə məsuliyyəti öz üzərinə götürüb - Video

Ümümdünya Müsəlmanlarının Ali Rəhbəri həzrət İmam Xamenei və İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi atışmanın cavabsız qalmayacağına söz verib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İŞİD terror təşkilatı çərşənbə günü İranın Şiraz şəhərində “Şah Çıraq” kimi tanınan Həzrət Əhməd bin Musa bin Cəfərin (əleyhi səlam) müqəddəs hərəmində törədilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

"Reuters" agentliyinin məlumatına görə, bu barədə terror təşkilatının "Telegram" kanalında bildirilib.

Ölkənin Daxili İşlər Nazirliyi çərşənbə günü Şirazda məbədə hücum nəticəsində 15 nəfərin Şəhid olduğu bildirib. Ümümdünya Müsəlmanlarının Ali Rəhbəri həzrət İmam Xamenei və İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi atışmanın cavabsız qalmayacağına söz verib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!