Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Trend
cümə axşamı

27 oktyabr 2022

09:30:00
1317676

NATO-nun baş katibi Yens Stoltenberq tezliklə Türkiyəyə səfər edəcək

İsveçin baş naziri Ulf Kristerssonun detalları müzakirə etmək üçün R.T.Ərdoğanla görüşəcəyini xatırladan baş katib əlavə edib: "Mən təzliklə Türkiyəyə gedəcəyəm və prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyəm".

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə ilə İsveç arasındakı əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O əlavə edib ki, tezliklə Türkiyəyə səfər edəcək və prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Y.Stoltenberq Rumıniyanın baş naziri Nikolae Çuka ilə NATO-nun mənzil-qərargahında keçirdiyi görüşdən sonra təşkil edilən mətbuat konfransında günün aktual mövzularına toxunub.

NATO-nun baş katibi qeyd edib ki, təşkilat müharibənin nə qədər davam etməsindən asılı olmayaraq, Ukraynanı dəstəkləyəcək.

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı sualı cavablandıran Y.Stoltenberq deyib: “İsveç və Türkiyənin birgə memorandumu həyata keçirmək üçün birgə çalışmasını alqışlayıram”.

İsveçin baş naziri Ulf Kristerssonun detalları müzakirə etmək üçün R.T.Ərdoğanla görüşəcəyini xatırladan baş katib əlavə edib: "Mən təzliklə Türkiyəyə gedəcəyəm və prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyəm".

Y.Stoltenberq bütün NATO ölkələrinin parlamentlərinin Finlandiya və İsveçin Şimali Atlantika Alyansına daxil olmasını təsdiqləyəcəyinə əminliyini ifadə edib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!