Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Report
cümə axşamı

27 oktyabr 2022

08:20:00
1317661

ABŞ nüvə bombasını Avropada planlaşdırıldığından daha tez yerləşdirəcək

2015-ci ildə ABŞ döyüş başlığı olmayan ən yeni 12-ci idarə olunan bomba modifikasiyasını sınaqdan keçirib. 2020-ci ildən NATO-nun Avropadakı bazalarında yerləşdirilməsi planlaşdırılır.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, ABŞ modernləşdirilmiş “B-61-12” taktiki nüvə bombasını Avropada planlaşdırıldığından daha tez yerləşdirəcək.

“Politico”-nun verdiyi məlumatda bildirilib ki, bombanın 2023-cü ilin yazında yerləşdirilməsi əvvəlcədən planlaşdırlsa da, onu bu ilin dekabrında gətirəcəklər.

Qeyd edək ki, “B61” ABŞ-ın strateji nüvə qüvvələrinin əsas termonüvə bombasıdır. Bu, 1960-cı illərdə hazırlanmış nüvə silahının modifikasiyasıdır. 2015-ci ildə ABŞ döyüş başlığı olmayan ən yeni 12-ci idarə olunan bomba modifikasiyasını sınaqdan keçirib. 2020-ci ildən NATO-nun Avropadakı bazalarında yerləşdirilməsi planlaşdırılır.

Xatırladaq ki, Rusiya oktyabrın 26-da nüvə təlimi keçirib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!