Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

26 oktyabr 2022

18:43:59
1317562

Papa dünyada «nüvə kabusu»na son qoymağa çağırıb

Dünya katoliklərinin rəhbəri digər dinlərə mənsub olan bir neçə dini şəxsiyyətlə yanaşı, dünyanın qüdrətli ölkələrini «nüvə kabusu»na son qoymağa çağırıb.

Ukrayna savaşında nüvə silahının işlədilməsilə bağlı nigarançılıqların artması ilə bir zamanda, Papa Fransis sözügedən çağırışda deyib: Sülh müqəddəs, müharibə isə namüqəddəsdir. Əgər bəşəriyyət müharibəni aradan qaldırmazsa, müharibə bəşəriyyəti aradan götürəcək.

Papa Fransis sonra belə qeyd edib: Altmış il bundan əvvəl, 1962-ci ilin oktyabrında Kuba raket böhranında dünya bir nüvə müharibəsinin baş verməsini gözləyirdi. Hazırda da Rusiya ilə Ukrayna və onun qərbli müttəfiqləri arasında gedən Ukrayna müharibəsindən səkkiz ayın keçməsilə bir daha bir nüvə müharibəsinin baş verəcəyi ilə bağlı həyacan siqnalları dünyanı təhdid edir.

342/