Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

26 oktyabr 2022

12:08:00
1317361

İİR Avropa İttifaqına qarşı yeni sanksiyalar tətbiq edib - Adlar açıqlandı!

İran Xarici İşlər Nazirliyi açıqlamasında sanksiyalar siyahısına daxil edilmiş bəzi şəxslər və qurumların adlarını açıqlayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi qarşılıqlı addım olaraq, Avropa Birliyində olan aşağıdakı qurum və şəxsləri terrorizmə və terrorçu qruplara dəstək, terrorizmi təbliğ və təhrik etmək, zorakılıq və nifrət yaymaqda, habelə İran xalqına qarşı məqsədyönlü şəkildə iğtişaşlar, zorakılıq, terror aktları və insan haqlarının pozulması kimi hərəkətlərinə görə pisləyib və sanksiyaya məruz qoyub.

Aşağıdakı qurumlar sanksiyalara məruz qalır:

- Avropa Parlamentində “Azad İranın Dostları” adlanan qrup və onun üzvləri;

- Beynəlxalq Ədalət Axtarış Komitəsi (ISJ) və üzvləri;

- Bombanı dayandırın təşkilatını;

- Alman Deutsche Welle Fars şəbəkəsi (Deutsche Welle Fars);

- Fransanın RFI Fars şəbəkəsi (RFI Fars);

- İrqçiliyə və Antisemitizmə Qarşı Fransa Beynəlxalq Liqası (LICRA);

- Alman Karl Kolb Co., Səddam Hüseyn rejiminə kimyəvi silah tədarükçüsü;

- Rhein Bayern Fahrzeugbau Co., Almaniya, Səddam Hüseyn rejiminə kimyəvi qaz tədarükçüsü.

 

Aşağıdakı şəxslər sanksiyalara məruz qalır:

- Aljo Vidal Quadras, Beynəlxalq Ədalət Axtarış Komitəsinin prezidenti;

- Avropa Parlamentində “Azad İranın Dostları” adlandırılan qrupun həmsədri Xavyer Zarazlexos;

- Milan Azver, Avropa Parlamentində “Azadın dostları” adlandırılan İran qrupunun həmsədri;

- Charlier Weimers, Avropa Parlamentinin üzvü;

- Yan Zahradil, Avropa Parlamentinin üzvü;

- Helmot Geuking, Avropa Parlamentinin nümayəndəsi;

- Hermann Tertsch, Avropa Parlamentinin nümayəndəsi;

- Meyer Həbib, Fransa Milli Assambleyasının nümayəndəsi;

- Martine Valleton, Villepinte şəhərinin meri, Fransa;

- Jan Fransua Leqaret (Jean Francois Legaret), Parisin birinci rayonunun keçmiş meri;

- Yohanned Boie, Almaniyanın Bild qəzetinin baş redaktoru;

- Aleksandra Vürzbax, Almaniyanın Bild qəzetinin baş redaktoru;

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!