Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə axşamı

25 oktyabr 2022

20:59:12
1317229

Lavrov: "Biz İslam ölkələri ilə əməkdaşlığın gücləndirilməsi üçün çalışırıq"

"Biz İslam ölkələri ilə əməkdaşlığın gücləndirilməsi üçün çalışırıq"

bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hüseyn İbrahim Taha ilə görüşündə deyib.

Lavrov qeyd edib: "Rusiya və İslam sivilizasiyası ölkələri köhnə və etibarlı tərəfdaşlardır.  Sözügedən ölkələr təhlükəsizlik və sabitliyin təmini, iqtisadi məsələlərin həlli sahəsində əməkdaşlıq edirlər. Bizim məqsədimiz İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin ictimai-siyasi xarakterinə, mənəvi-əxlaqi dəyərlərinə hörmətlə yanaşaraq bütün sahələrdə əməkdaşlığı mümkün qədər gücləndirməkdir”.

342/