Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə axşamı

25 oktyabr 2022

20:58:42
1317228

Zaxarova: Vaşinqton və Brüsselin məqsədi Rusiyanı Zaqafqaziyadan çıxarmaqdır

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Ermənistan ətrafında baş verən proseslər və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına münasibət bildirib.

Mariya Zaxarova Avropa İttifaqı, ATƏT, Fransa adı altında qərb emissarlarının Ermənistana səfərlərinin artdığına diqqət çəkib.

“Biz Qərbin Ukraynada işlənmiş qarşıdurma sxemlərini açıq-aydın ötürməyə çalışdığı Zaqafqaziyada güclənən həyəcanverici tendensiyalardan narahat olmaya bilmərik”, - deyə Rusiya XİN rəsmisi bildirib.

Ermənistan ətrafında gedən proseslər və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına münasibət bildirən XİN rəsmisi bildirib: “Qardaş Ermənistan görünməmiş xarici təzyiqlərə məruz qalıb. Ölkələrimiz və xalqlarımız arasında çoxəsrlik əlaqələrə xələl gətirmək məqsədilə Rusiyanın regiondakı siyasətini gözdən salmaq üçün addımlar atılır. Vaşinqton və Brüsselin göstərişi ilə fəaliyyət göstərən çoxsaylı fondlar, QHT-lər və media cəmiyyətdə anti-Rusiya əhval-ruhiyyəsi oyatmağa çalışır”.

Nazirlik nümayəndəsi bildirib ki, Rusiya xarici qüvvələrin Moskva ilə İrəvan arasında çəkişmə cəhdləri uğurlu olmayacaq.

O deyib: “Biz Ermənistanla strateji müttəfiqliyi və çoxşaxəli əməkdaşlığı gücləndirmək əzmindəyik ki, bu da bizə hazırkı çağırışların birgə öhdəsindən gəlməyə imkan verəcək. Biz hərbi-siyasi və hərbi-texniki xətlər üzrə dialoqu inkişaf etdiririk. Onlarla iri rus şirkəti Ermənistan iqtisadiyyatına investisiya yatırmağa davam etməyə hazırdır. Biz respublikanın enerji və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi vəzifələrini uğurla həll edirik”.

Şərhinə yekun vuran Mariya Zaxarova bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı və Azərbaycan prezidenti İlham Əliyevi üçtərəfli və ikitərəfli məsələlərin bütün spektrini müzakirə etmək üçün Rusiyaya yeni üçtərəfli sammitə dəvət edib.

Kremlin sözçüsü Dmitri Peskov da bildirib ki, üç ölkə liderlərinin sammitinə hazırlıq davam edir. Görüşün yeri və tarixi barədə məlumat veriləcək.

342/