Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə axşamı

25 oktyabr 2022

20:57:53
1317226

Yüzlərlə qaçqının Türkiyə qüvvələri tərəfindən “döyülməsinə” reaksiyalar

İnsan Haqları Gözətçisi Təşkilatı bildirib ki, Türkiyə hakimiyyəti beynəlxalq hüququ pozaraq, 2022-ci ilin fevral-iyul ayları arasında yüzlərlə suriyalı qaçqını öz başına saxlayıb, döyüb və sonra zorla öz ölkələrinə qaytarıb.

 İnsan Haqları Gözətçisi Təşkilatı öz hesabatında bildirib ki, Türkiyə rəsmiləri deportasiya edilmiş suriyalı qaçqınları "könüllü" qayıdış vərəqələrini imzaladıqdan sonra Suriyanın şimalına qayıtmağa məcbur ediblər və bu, ən çox qaçqına ev sahibliyi etdiyini iddia edən bir ölkə kimi Türkiyənin keçmişinə ziddir.

Qaçqın və miqrant hüquqları üzrə tədqiqatçısı Nadia Hardman deyib: "Görünür, indi Türkiyə Suriyanın şimalını qaçqınların sığınacağına çevirməyə çalışır".

İnsan Haqları Gözətçisi Təşkilatı öz hesabatında Türkiyədən suriyalı qaçqınların özbaşına həbsləri, döyülməsi və deportasiyasına son qoymasını və təhlükəsizlik qüvvələrinin və miqrasiya rəsmilərinin suriyalılara və ya həbs edilmiş digər xarici vətəndaşlara qarşı zorakılıq tətbiq etməmələrini və zorakılıq tətbiq edən hər hansı məmuru məsuliyyətə cəlb etmələrini təmin tməsini tələb edib. 

Bu insan haqları təşkilatı həmçinin Türkiyənin suriyalı qaçqınları qəbul etmək müqabilində Avropa İttifaqından milyardlarla dollar aldığına diqqət çəkərək, qayıdışın könüllü olmasından əmin olmaq üçün Ankaradan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının köçürülmə mərkəzlərinə sərbəst daxil olmasına və qaçqınların öz ölkələrinə qayıtması üçün icazənin alınması prosesinə nəzarət etməsinə icazə verməsini istəyib. 

342/