Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

25 oktyabr 2022

11:36:00
1317009

Birləşmiş Millətlər Təşkilatına bağlı Ümumdünya Ərzaq Proqramı hər 10 Əfqanıstan vətəndaşından 9-nun kifayət qədər qidalana bilmədiyini açıqlayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Birləşmiş Millətlər Təşkilatına bağlı Ümumdünya Ərzaq Proqramı Əfqanıstanda kifayət qədər ərzaqdan və iqtisadi təlatümlərdən məhrum olan bir neçə uşaqlı ailənin şəklini dərc edib və Twitter-də yazıb: “10 Əfqanıstan vətəndaşından 9-u kifayət qədər qidalana bilmir.”

Bu beynəlxalq təşkilat iddia edib: “Əfqanıstanda milyonlarla insan ac yatır. 2022-ci ilə qədər biz ərzaq çatışmazlığından əziyyət çəkən 21 milyondan çox canı xətərdə olan Əfqanıstan vətəndaşına kömək etdik.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!