Əhli-Beyt
(əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, ABŞ,
Türkiyə, sionist rejim, İngilis və qərb ölkələrinin tam dəstəyi ilə təcavüzkar
Səudiyyə koalisiyası 2015-ci ildən Yəmənə hücumlara başlayıb və bu hücumlarla
yanaşı, Yəmənin mühasirəsini də davam etdirir.
Hətta atəşkəs elan edilməsinə baxmayaraq, Yəməndə vəziyyət düzəlmir və bu ölkədə humanitar vəziyyət hələ də kritikdir.
Birləşmiş Millətlər Təşkilatı verdiyi statistikada bildirib ki, bu müharibə 10 mini uşaq olmaqla 377 min yəmənlinin həyatına son qoyub.
İstifadə müddəti ötmüş dərmanların istifadəsi nəticəsində yaranan çirklənmə nəticəsində 3-15 yaş arası uşaqlarda leykemiya diaqnozu qoyulub və bu şəxslərin dəqiq statistikası məlum deyil.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!