Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

25 oktyabr 2022

11:10:00
1317003

İmran Xan xalqı nümayişlərə dəvət edib. Pakistanda alovlanmaqda olan siyasi atmosfer

Pakistanın keçmiş baş naziri İmran Xan gələn cümə günü bu ölkənin mövcud hökumətinə qarşı kütləvi çağırış elan edib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, keçmiş baş nazir və Pakistan Təhriki İnsaf Partiyasının rəhbəri İmran Xan, baş nazir Şahbaz Şərif hökuməti ilə bağlı qapılar arxasında apardığı danışıqların nəticəsiz qalmasından sonra deyib:

 “Bağlı qapılar arxasında apardığımız danışıqlar nəticə verməyib və mən cümə günü uzunmüddətli yürüş elan edəcəyəm.”

Pakistan Təhriki İnsaf Partiyasının rəhbəri sədri əlavə edib: “Bu dəfə biz bütün imkanlarla küçələrə çıxacağıq və insanların gurultulu dənizi bu ölkənin paytaxtı İslamabada girəcək.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!