Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar ertəsi

24 oktyabr 2022

20:50:14
1316886

Fransanın Total şirkəti Rusiyanın hərbi əməliyyatlarında əməkdaşlıqda ittiham olunur

Ukraynanın 2 qeyri-hökumət təşkilatı Fransanın "Total Energies" şirkətinə qarşı Rusiyanın hərbi əməliyyatlarında əməkdaşlıq etdiyi iddiası ilə Fransa Milli Antiterror Prokurorluğuna şikayət edib.

"Politico" portalının məlumatına görə, bu təşkilatlar avqust ayında fransız firmasının Rusiyada qalan fəaliyyətini Rusiyanın cənub-qərbindəki hərbi bazalarda yanacaq doldurma əməliyyatları ilə əlaqələndirən ifşalardan sonra iddia ediblər ki, "TotalEnergies" Rusiya hökumətini "müharibə cinayətləri törətmək üçün zəruri vasitələrlə" təmin etməyə kömək edib. 

Amma Total şirkəti ittihamları "qeyri-adi və böhtan" adlandıraraq, əlavə edib ki, şirkət Avropa İttifaqı siyasətinə və Avropa sanksiyasına ciddi şəkildə əməl edir.

"Total Energies"in avqustun sonunda Rusiyanın qaz yatağındakı səhmlərini satdığını elan etməsinə baxmayaraq, o, Rusiyanın ikinci ən böyük təbii qaz istehsalçısı olan Novatek-in səhmlərinin 20%-nə sahib olmaqla hələ də bu ölkənin enerji sektorunda iştirak edir. 

"Le Monde" həftəlik jurnalının xəbərinə görə, yaxın vaxtlara qədər qismən TotalEnergies-ə məxsus olan Sibir qaz yatağından çıxarılan qaz kondensatının bir hissəsi yanacağa çevrilərək, Ukrayna sərhədinə yaxın iki hərbi bazaya göndərilib. Bu bazalardakı döyüş təyyarələrinin Ukraynada bombardmanlarda iştirak etdiyi iddia edilir.

Beynəlxalq Amnistiya Təşkilatı və  və İnsan Haqları Gözətçisi Təşkilatı iddia ediblər ki, onların dolayı yolla yanacaqla təmin etdikləri rus bölmələri Ukrayna vətəndaşlarına zərbələr endirməklə müharibə cinayətləri törədiblər, lakin hücumun dəqiq yerlərini müəyyənləşdirmək çətindir.

342/