Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

23 oktyabr 2022

19:17:41
1316492

Ukraynalı miqrantların yeni dalğası

Bir çox Avropa ölkəsinin iqtisadi durğunluq və inflyasiyanın artması ilə çarpışdığı bir zamanda, Ukraynanın baş naziri qarşıdakı qış fəslində saysız-hesabsız ukraynalı miqrant dalğasının Avropaya yönələcəyi haqda xəbərdarlıq edib.

Denis Şmıqal Almaniyada çıxan «Frankfurter Algemayne Saytunq» nəşri ilə müsahibəsində deyib: Əgər Ukraynada su, elektrik enerjisi və istilik olmazsa, o zaman Avropaya doğru yeni miqrasiya sunamisi başlana bilər.

Ukrayna baş nazirinin yeni miqrant axını ilə üzləşmək barədə Avropaya etdiyi xəbərdarlığın fonunda qeyd edək ki, Avropa bu günlər, bəlkə də Avropanın yetmiş yaşından yuxarı qoca kişiləri və qarılarının, oxşarını öz uşaqlıq dövrlərində təcrübə etdikləri böhranları təcrübə edir.

Yüksək inflyasiya və həyatın ilkin ehtiyaclarının əldə olunması, Avropanın ən sənayeləşmiş iqtisadiyyatlarının hazırkı problemi olubdur.

342/