Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə

21 oktyabr 2022

20:02:22
1315967

İngiltərə tarixində ən azmüddətli baş nazir

Qırx dörd gün bundan öncə kraliça ikinci Elizabetin hökmü ilə nazirlər kabinetini təşkil etmək barədə tapşırıq alan Liz Trass bu ölkə tarixində ən az müddətli baş nazir kimi qeydə aldırdı.

"Mən mübarizə əhliyəm və meydanı boşaltmayacağam" deyən İngiltərənin baş naziri və hakim mühafizəkarlar partiyasının lideri Liz Trassın təkcə bir gün sonra qəhərlə öz istefasını elan etdi. Bu İngiltərə baş nazirlərinin son altı ildə dördüncü ardıcıl istefası oldu

"Mən müəyyən etdim ki, şəraitə əsasən, mühafizəkarlar partiyasının nəzərdə tutduğu hədəfləri yerinə yetirə bilmərəm. Buna görə, ölkənin kralı ilə danışdım və ona bildirdim ki, mühafizəkarlar partiyasının liderliyindən istefa verəcəyəm."- Liz Trass deyib. 

Bu istefanı təhlil etmək üçün üç həftə bundan öncəyə müraciət etmək lazımdır.

Büdcəyə düzəliş barədə məlumatın təqdim olunması ilə partiyanın daxili və xaricində geniş ixilaflara gətirib çıxararkən Liz Trass öz maliyyə nazirini kənarlaşdırmağa məcbur oldu. Ondan bir həftədən az bir müddətdə də onun daxili işlər naziri istefa verdi. Bununla bir zamanda parlamentdə Liz Trassın siyasətlərilə müxalifətlər də yüksəldi.

Mühafizəkarlar partiyasının liderlik məsələsinə baxan bu partiyanın 22-19 komitəsinin sədri Qraham Bradi çaş-başlığın şiddətlənməsinin qarşını almaq üçün dərhal mövqe tutdu:

"Mən mühafizəkarlar partiyasının sədri Ceyk Berri ilə söhbət etdim. O, təsdiq etdi ki, gələn həftə, cümə günü seçkilərin keçirilməsilə partiyanın yeni liderini təqdim etmək olar."

İngiltərənin bu ölkənin Avropa Birliyindən çıxmasından irəli gələn xeyli sayda böhran, yaşayış xərclərinin misli görünməmiş tərzdə artması, xüsusən ilin soyuq fəslində ehtiyac duyulan enerji ilə bağlı əmin-amansızlıq, Ukrayna savaşı, iri həcmdə büdcə çatışmazlığı və dövlət borcları kimi bir dağ-la üzləşdiyi bir halda, baş nazirin istefası səbatsızlıqları son dərəcə artıracaqdır.

İngiltərədəki siyasi və media dairələri böhranlar və rüsvayçılıqların ardınca istefa verməyə məcbur olan İngiltərənin keçmiş baş naziri Boris Conson, bu ölkənin keçmiş maliyyə naziri Rişi Sonak, İngiltərənin müdafiə naziri Ben Vallas və öncəki partiyadaxili seçkilərdə Liz Trassın rəqibi olmuş Peni Mordaneti Liz Trassın yerini tutmağa hakim mühafizəkarlar partiyasının ən tanınmış üzvləri hesab edirlər.

342/