Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə

21 oktyabr 2022

20:01:11
1315964

Çavuşoğlu ATƏT-i Ermənistanı dəstəkləməkdə ittiham edib

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ATƏT-in Azərbaycanla sərhədə müşahidəçi göndərmək qərarı işğalçını dəstəkləmək səyləridir.

Türkiyə XİN başçısı deyib: "Qarabağ problemi, Azərbaycanın torpaqları ATƏT-in Minsk qrupu üçlüyünün səyləri nəticəsində işğaldan azad olunmayıb. Onlar 30 il ərzində konsensusa gələ bilmədiklərini deyirdilər." 

Çavuşoğlu qeyd edib ki, indi də Ermənistanla Azərbaycan sərhədinə müşahidəçi göndərmək qərarı yenə işğalçını dəstəkləmək səyləridir və bu məsələdə Azərbaycanın fikri nəzərə alınmayıb.

Nazirin sözlərinə görə, Qarabağ probleminin 30 il ərzində həll olunmaması da məhz 3 həmsədrin birtərəfli olması, işğalçını dəstəkləməsi ilə bağlı olub.

 

342/