Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə axşamı

20 oktyabr 2022

20:42:28
1315767

Britaniyanın baş naziri Truss istefa verib

Liz Truss cümə axşamı günü bazarlarda şok dalğaları yaradan və təyin olunduqdan cəmi altı həftə sonra Mühafizəkarlar Partiyasını parçalayan iqtisadi proqramı ilə baş nazir vəzifəsindən istefa verdiyini söyləyib.

baş nazir iqamətgahı qarşısında jurnalistlərə açıqlama verən Liz Truss, partiyasının inamını itirdiyini və Mühafizəkarlar Partiyasının liderliyinə namizəd olduğu zaman verdiyi vədləri yerinə yetirə bilməyəcəyini qəbul edib.

Truss İngiltərə kralı III Çarlz ilə vəzifəsini tərk etmək məsələsini müzakirə etdiyini və variş seçilənə qədər baş nazir kimi qalacağını açıqlayıb.

O, həmçinin bildirib ki, Mühafizəkarlar Partiyası bir həftə ərzində yeni liderini seçəcək. Liz Truss son altı ildə partiyadaxili mübahisələrə görə istefa verən dördüncü Britaniya baş naziridir.

44 gün ilə Britaniya tarixində ən qısa müddət baş nazir olan Truss keçən həftə "iqtisadiyyatdakı səhvlərə" görə üzr istəsə də, istefa verməyəcəyini bildirmişdi.

Liz Truss çərşənbə günü parlamentin qızğın sual-cavab iclasında rəqib partiyanın kəskin hücumları və istefa çağırışları ilə üzləşdikdə demişdi: "Mən döyüşçuyəm və imtina edən deyiləm".

 342/