Əhli-Beyt
(əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Həzrəti
Muhəmməd Mustəfa Peyğəmbərin (səlləllahu əleyhi və alih) və İmam Cəfər Sadiqin
(əleyhis salam) Böyük Milad Bayramları münasibəti ilə, Həzrəti Əbülfəzlil Abbasın
(əleyhi salam) hərəminin qulluqçuları tərəfindən inşa edilən və Kərbəladan Dəməşqə
köçürülən Həzrəti Zeynəbin (səlamullahi əleyha) hərəminin yeni zərihi Suriyada
quraşdırılıb.
Bu yeni zərih 14 hissədən ibarətdir və əvvəlki zərih götürüləndən sonra 10 gün ərzində məzar üzərində quraşdırılıb.
Qeyd edək ki, Həzrət Zeynəbin (əleyhi salam) ilk zərihi 1955-ci ildə bir pakistanlı xeyriyyəçi tərəfindən inşa elətdirilib. Daha sonra bir isfahani xeyiriyyəçi, İsfahan sənəti üzrə inşa olunan, gümüş və qızıldan hazırlanmış yeni zərihi Həzrət Zeynəbin (əleyhi salam) hərəminə bağışlamışdır.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!