Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar ertəsi

17 oktyabr 2022

20:15:56
1314723

Belçikada yaşayış xərclərinin artmasına qarşı aksiya keçirilib

Minlərlə nəfər dünən Belçikanın paytaxtı Brüsseldə aksiya keçirib. Aksiyaçılar səhiyyə idarəçiliyi, enerji böhranı və inflyasiya səviyyəsinin artmasına etiraz ediblər.

Polisin bildirdiyinə görə, ədalət günü adlandırılan gündə keçirilən aksiyada dörd min nəfərə yaxın insan iştirak edib.

İtaliya xalqından da yüzlərlə nəfər Romada aksiya keçirib. Onlar ölkədəki iqtisadi vəziyyətə, ölkələrinin anti-Rusiya sanksiyalarına qatılmasına və NATO-nun Ukraynaya silah göndərməsinə qarşı narazılıqlarını ifadə ediblər.

Etirazçıların əllərində, üzərlərində «Müharibə və sanksiyaya- yox!, sülh və işə isə- bəli!» və «Qəbzlər bərabərdir müharibəyə» şüarları yazılmış plakatlar olub.

342/