Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar ertəsi

17 oktyabr 2022

20:15:25
1314722

Beni Qants: Fələstinlilərin əməliyyatlarına qarşı tədbirlərimizi artıracağıq

Sionist rejimin müharibə naziri deyibdir ki, bu rejim fələstinlilərin əməliyyatlarına qarşı tədbirlərini artıracaq.

«Məariv» qəzeti bir reportajda yazıbdır ki, sionist rejimin müharibə naziri Beni Qants bir qrup nazir, həmçinin hərbi və mülki məsul şəxslə yanaşı, «Quş Atsiyun» qəsəbəsindən baxış keçirərkən deyibdir ki, sionist qüvvələrin vəzifəsi, təhlükəsizliyi bərqərar etmək və təhdidləri aradan götürməkdir.

Qants, Merets partiyasının sədri Zehafa Qalonun sözlərini tənqid edib və belə deyib: Üzləşdiyimiz mürəkkəb vəziyyətlə mübarizədə, hərbi və təhlükəsizlik qüvvələri sionist təbəələr üçün təhlükəsizlik yaratmaq və öz tapşırıqlaırını yerinə yetirmək üçün tam himayəyə malikdirlər.

Bundan qabaq Zehafa Qalon demişdi ki, sionist rejimin müharibə naziri İordan çayının qərb sahilində ordu əsgərlərinə nəzarət etməlidir, çünki fələstinli şəhidlərin sayının artmasının şahidiyik.

Qalon həmçinin demişdi ki, sionist qəsəbə sakinləri fələstinlilərə qarşı iğtişaşcasına hərəkətlər törədirlər və bu, vəziyyəti ağırlaşdırır.

342/