Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

16 oktyabr 2022

17:09:13
1314375

Lukaşenko: Zelenskiyə danışıqlar aparmağı qadağan ediblər

Lukaşenko: Zelenskiyə münaqişəni sona çatdırmaq üçün danışıqlar aparmağı qadağan ediblər

Belarus prezidenti iddia edib ki, Zelenskiyə münaqişəni sona çatdırmaq üçün danışıqlar aparmağı qadağan ediblər.

O Amerikanın "NBC" telekanalına müsahibəsində deyib: "Ukraynada münaqişəni dayandırmaq, danışıqlara qayıtmaq lazımdır. Zelenskiyə danışıqlar aparmağı qadağan ediblər. O, müstəqil deyil. Hər gün minlərlə insan ölür. Mülkilər də daxil olmaqla, heç bir günahı olmayan insanlar ölür. Bu doğrudur. Ona görə də, gəlin bu münaqişəni dayandıraq", deyə Lukaşenko bildirib.

Belarus prezidenti vurğulayıb ki, "müharibə həmişə pisdir".

Lukaşenko qeyd edib: "Bu yaxınlarda demişəm ki, indi dünya problemlə məşğuldur və günahkar kimdir sualına cavab axtarır. Qulaq asın, kimin günahkar olduğunu sonra müəyyən edərik. Hər gün insanlar ölür. Gəlin, müharibəni dayandıraq və bir razılaşaq. Sonra kimin haqlı, kimin haqsız olduğunu müəyyən edərik. Yəqin ki, bu, düzgün formuladır".

Prezident Ukraynada aşkar edilən mülki şəxslərin kütləvi məzarlığı ilə bağlı sualı da cavablandırıb. 

"Bilirsiniz, informasiya müharibəsi gedir. Ukraynalılar kütləvi məzarlıqlardan, Rusiya tərəfinin cinayətlərindən danışırlar. Rusiya tərəfi də Ukrayna tərəfinin kütləvi cinayətlərini eyni şəkildə ortaya qoyur. Bir-birinə qarşı adi informasiya hücumudur", - deyə Lukaşenko vurğulayıb.

342/