Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

16 oktyabr 2022

17:08:46
1314374

"Rusiyanın Qafqazda dağıdıcı rolu barədə iddia cəfəngiyyatdan başqa bir şey deyil"

Rusiyalı rəsmi bəyan edib ki, Makron başqalarını ittiham edərkən Fransanın Afrikada törətdiyi soyqırımları unutmamalıdır.

bu fikri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “VKontakte” sosial şəbəkəsindəki səhifəsində bildirib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev müdrik və nəcib görünməyə çalışan Makrona Fransanın Malidə, Ruandada, Konqoda, Əlcəzairdə qanı su yerinə axıtdığını xatırladıb və deyib: "Fransa prezidenti Emmanuel Makronun Rusiyanın Qafqazda dağıdıcı rolu barədə bəyanatı Fransanın özünün iyrənc müstəmləkə keçmişindən qaynaqlanır."

Onun sözlərinə görə, Avropa siyasətinin sevimli üsulu öz günahını kiminsə üstünə atmaqdır. Fransa prezidenti Emmanuel Makronun son bəyanatına başqa izah verməyə ehtiyac yoxdur.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Fransa liderinin Rusiyanı Ermənistan-Azərbaycan sərhəddində sabitliyi pozmaqda ittiham etməsini də xatırladıb və qeyd edib ki, Makron, əslində, Rusiyanı günahlandırmadı, əksinə, özünə haqq qazandırdı. Fransa prezidenti müdrik və nəcib görünməyə çalışır. Lakin Fransanın özünün 1960-cı illərin sonundan bəri keçmiş müstəmləkələrində necə davrandığını xatırlamaq lazımdır.

“Malidə, Ruandada, Konqoda, Əlcəzairdə qan su yerinə axdı. Makron özü bir vaxtlar Afriakda Tutsi soyqırımına görə üzr istəyib. Bu tayfada insanların başları kəsildi və tamamilə kəndlər məhv edildi. Quyular cəsədlə dolu idi. Fransa hökumətinin illər boyu siyasəti “parçala höküm sür” olub”, - deyə Medvedev əlavə edib.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron “France 2” telekanalının efirində Rusiyanı Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyi pozmaq üçün Ermənistan və Azərbaycan arasında son toqquşmaları qəsdən təhrik etməkdə ittiham edib.

342/