Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

15 oktyabr 2022

21:52:20
1314044

Avropada Çinin qış geyimlərinə tələbat artıb

Çin şirkətləri bildiriblər ki, son aylarda avropalılar tərəfindən qış geyimləri və istilik avadanlıqlarına tələbat xeyli artıb.

avropalıların isti paltarlara və istilik avadanlıqlarına tələbatının artması elə bir haldadır ki, Avropa kəskin yanacaq çatışmazlığı ilə üz-üzədir və bu məsələ qarşıdan gələn qışı bir çox avropalı ailələr üçün dözülməz edə bilər.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, avropalıların orta əsrlərdəki kimi qış üçün odun yığmaq məcburiyyətində qalmasında Rusiyanın günahı yoxdur, bu böhrana səbəb avropalı siyasətçilərin səhvləridir.

Rusiyanın Ukraynadakı hərbi əməliyyatları səbəbindən Qərbin Moskvaya qarşı sanksiyaları Avropa Birliyində enerji böhranına səbəb olub və Avropa ölkələrində bir çox sənaye müəssisələri yüksək enerji xərclərini ödəyə bilmədiyi üçün iflas riski ilə üzləşib.

342/