Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

15 oktyabr 2022

21:51:54
1314043

Rusiya pilotsuz təyyarələrin kütləvi istehsalına başlayacaq

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Rusiyanın pilotsuz təyyarələrin kütləvi istehsalına başlayacağını bildirib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev cümə günü Telegram kanalında bildirib ki, Rusiya pilotsuz uçan aparatların kütləvi istehsalına başlayacaq, çünki onlar Ukraynadakı xüsusi hərbi əməliyyatda çox effektiv olub

Medvedev PUA-ların Sankt-Peterburqdakı Xüsusi Texnologiya Mərkəzində istehsal olunacağını vurğulayıb. 

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini həmçinin bildirib ki, Rusiya hökumətinin sifarişi əsasında pilotsuz təyyarələrin tədarükünə dair xüsusi yoxlama aparılıb.

Avqustda keçirilən "Armiya-2022" forumunda  Rusiya Müdafiə Nazirliyi pilotsuz təyyarələrin alınması üçün bir sıra müqavilələr imzalayıb

342/