Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə

14 oktyabr 2022

19:10:01
1313707

“Fransa ilə bütün diplomatik əlaqələr kəsilməlidir”

Milli Məclisin bu gün keçirilən iclasında deputatlar Fransa prezidentinin Azərbaycan Respublikasına qarşı sərt bəyanatına reaksiya veriblər. Siyavuş Novruzov Fransa ilə bütün əlaqələri kəsməyə, deputat Qüdrət Həsənquliyev isə Azərbaycanın Fransadakı səfirinin geri çağırılmalı olduğunu bildirib.

Emmanuel Makron yerli televiziyaya müsahbəsində Ermənistan-Azərbaycan münaqişəsi barədə danışarkən Azərbaycanın əleyhinə sərt ittihamlar səsləndirib.

Fransa prezidenti biz Ermənistanı tək qoymayacağıq, bizim dəyərlərimizi nə neft, nə də qazla almaq olmaz deyib və qeyd edib ki, Ermənistanın Fransa ilə xüsusi əlaqələri var.Fransa prezidenti Azərbaycanın Qarabağ ərazisini mübahisəli ərazi adlandırıb:"İki il əvvəl beynəlxalq səviyyədə tanınmayan və mübahisəli ərazi olan Dağlıq Qarabağda müharibə olub, lakin Qarabağ bu ölkənin ürəyində olduğu üçün Ermənistan Qarabağda olub. Azərbaycan çoxsaylı qurbanları və amansız səhnələri ilə dəhşətli müharibəyə başladı və bu ərazini işğal etdi",-deyə Makron bildirib.Azərbaycan Respublikası Milli Məclisinin bu gün keçirilən plenar iclasında  parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov mərhum president Heydər Əliyevin Fransanın erməniləri dəstəklədiyinə görə Minsk Qrupuna həmsədri ola bilməməsi barədə bəyanatını xatırladıb: Lazım gələrsə, Fransa ilə bütün diplomatik əlaqələr kəsilməlidir. Deputan Azərbaycanın ərazi bütövlüyü məsələsi BMT-də müzakirəyə çıxarılanda qərb dövlətlərinin o cümlədən Fransanın ona səs vermədiyini də xatırladıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib: Ermənistana vicdansız dəstəyinə görə Fransa birbaşa məsuliyyət daşıyır. Senat Azərbaycana qarşı 15 noyabrda qətnamə qəbul etməyə hazırlaşır. Belə qətnamə qəbul edilsə, Azərbaycan Fransadakı səfirini geri çağırmalı, diplomatik münasibətlərə yenidən baxılmalıdır”.

Qüdrət Həsənquliyevin toxunduğu qətnamədə Azərbaycan "çoxsaylı təcavüzkar hərəkətlərdə" ittiham edilir; Azərbaycandan Laçın dəhlizindən çıxmaq tələb edilir; Azərbaycan "irqçilikdə" ittiham edilir; Azərbaycan ermənilərin Qarabağa geri qayıtmaq "haqqının" təmin edilməsinə çağırılır; Azərbaycan Qarabağdakı "erməni mədəni və dini irsinin" qorunub-saxlanılmasına çağırılır; Fransa hakimiyyəti Beynəlxalq Cinayət Məhkəməsində "kütləvi cinayətlər və hərbi cinayətlər" törədilməsinə dair Azərbaycanı ittiham edir və istintaqın başladılmasına çağırış edir; Fransa hakimiyyəti "Azərbaycandan idxal edilən qaz və neftin embarqo edilməsinin" Avropa İttifaqı miqyasında başladılmasına çağırış edir; Fransa hakimiyyəti Qarabağdakı Azərbaycan ərazilərində özünün "humanitar bürosunu" yaratmağa çağırılır; Fransa hakimiyyəti Ermənistanın hərbi potensialının möhkəmlənməsinə çağırılır.