Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə axşamı

13 oktyabr 2022

21:05:25
1313483

"Ukrayna müharibəsinin amili, biz olmuşuq"

Amerikada siyasi elmlər üzrə alim Qərb dünyasını Ukrayna müharibəsinin amili kimi təqdim edib.

Con Merşeymer fikrini belə açıqlayıb: Ukrayna müharibəsinin amili, Qərb tərəfindən Rusiyaya qarşı mövcudluq təhdidinin görməməzliyə vurulması olub.

Amerikada universitet müəllimi olan bu şəxs əlavə edib: Hazırda əsl müharibəyə çevrilmiş bu böhran, Qərbin Ukraynanı Rusiya sərhədlərində öz səngərinə çevirmək üzrə səylərilə bağlıdır.

2008-ci ilin aprelində NATO-nun Buxarestdə keçirilən yığındağına və Ukrayna və Gürcüstanın bu hərbi alyansa üzvlüklərinin qaldırılması məsələsinə toxunan Merşemeyer əlavə edib: Moskva o zaman açıq şəkildə bildirdi ki, bu işin görülməsi «qırmızı xətti keçmək» demək olacaq və onun həyata keçirilməsi qəbuledilməz olub, Rusiyanın mövcudluğuna qarşı bir təhdid sayılır.

Bu amerikan alim sonra söyləyib: ABŞ prezidenti Co Bayden 2021-ci ilin yanvarında Ağ Ev-ə daxil olarkən Ukraynanı himayə istiqamətində Trampın hökumətinə nisbətən daha çox işlər gördü və bu məsələ, əslində Rusiyanın qırmızı xətlərini keçmək sayılır.

342/