Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə axşamı

13 oktyabr 2022

21:03:49
1313480

Putin: Dünya çoxqütblü olur, Asiyada yeni güc mərkəzləri möhkəmlənir

Rusiya prezidenti bəyan edib ki, yeni güc mərkəzlərinin möhkəmləndiyi Asiya çoxqütblü dünya nizamına keçiddə böyük rol oynayır.

Vladimir Putin Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitində çıxışı zamanı bunu bildirib.

Prezidentin sözlərinə görə, Moskva bərabər və bölünməz təhlükəsizlik sisteminin yaradılmasının tərəfdarıdır və onun yaradılması üçün hər şeyi edir.

"Biz digər Asiya dövlətləri ilə birlikdə beynəlxalq hüququn universal, tanınmış prinsiplərinə, BMT Nizamnaməsinə əsaslanan bərabər, bölünməz təhlükəsizlik sisteminin formalaşdırılması üçün hər şeyi edirik", deyə Kremlin rəhbəri qeyd edib.

Putin deyib ki, Moskva həmçinin qlobal maliyyə sisteminin prinsiplərinə yenidən baxılmasının tərəfdarıdır.

Onun sözlərinə görə, hazırkı qlobal maliyyə sistemi planetdəki “qızıl milyard”ın başqasının hesabına yaşamasına imkan verirdi.

342/