Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

12 oktyabr 2022

14:20:00
1312930

Şeyx Zəkzəki: Müsəlmanlar İslam Respublikasına bir model kimi baxırlar / Bin Salman Nigeriyadakı İslam hərəkatının yatırılmasını vurğulayıb

Nigeriya İslam Hərəkatının rəhbəri Səudiyyə rejiminin Zariya Qətliamınakı rolu ilə bağlı suala cavab olaraq deyib: “Səudiyyə vəliəhdi “New York Times” qəzeti ilə söhbətində təhdid tonunda deyib ki, Afrikada Hizbullaha bənzər hərəkatı yatırtdılar və bu hərəkatın lideri Zəkzəkiyə İrandakı kimi bir İslam hökuməti qurmağa mane oldular. Qətliamı həyata keçirən məhz Nigeriya Ordusu idi. Səudiyyə hökuməti isə bu cinayətin xərcini və qiymətini ödəyib.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Şeyx İbrahim Zəkzəki "Əl-Aləm" telekanalı ilə söhbət edərək müsahibə veribdir.

O, müsahibəsi zamanı Zariya Qətlamında şəhid olanların sayı barədə deyib: “Hakimiyyət bu barədə müxtəlif yalanlar danışıb. Birinci dəfə deyirdilər ki, bir nəfər də olsun ölməyib, amma sonra dedilər ki, ordu cəmi 17 nəfəri öldürüb, lakin ümumilikdə topladığımız adlara əsasən, mindən çox adam öldürüb və hətta daha çox adam bu fəlakətdə həlak olublar.”

Şeyx İbrahim Zəkzəki Əl-Aləm Şəbəkəsi ilə xüsusi söhbətində belə deyib: “Səudiyyə vəliəhdi “New York Times” qəzeti ilə söhbətində təhdid tonunda deyib ki, Afrikada Hizbullaha bənzər hərəkatı yatırtdılar və bu hərəkatın lideri Zəkzəkiyə İrandakı kimi bir İslam hökuməti qurmağa mane oldular.”

O, sözünün davamında vurğu ilə bildirib: “Qeyd edim ki, Səudiyyə Ərəbistanı bu faciənin əsas səbəbkarı deyildi, ABŞ və İngiltərə adından çıxış edərək Vaşinqton və Londonun əmrlərini yerinə yetirdi.”

Əl Aləm jurnalistinin “Sizcə, məzlum ölkələr varmı ki, İran İslam Respublikasından örnək götürüb Qərb dövlətlərinin sərtləri qarşısında özlərini qoruya, möhkəmlənə bilsinlər?” sualını cavablandıran Şeyx Zəkzəki belə deyidlər:

“İnsanlar modeli İran İslam Respublikasında görüblər; Həmişə deyirəm ki, İrandan nümunə götürən Nikaraqua kimi islami olmayan bəzi ölkələrdə xalq güclüdür və muzdluları xaricə qovdular. Onlar Haitidə Vedalianı qovdular, Filippində Markosu qovdular, bütün bunlar İrandakı İslam inqilabının nəticələri idi, çünki onlar anladılar ki, güc dövlətdə və hökumət deyildir, qüdrət xalqın birliyindədir.

Bu ölkələr İslam deyildi, lakin İslam inqilabından nümunə götürdülər. Həmçinin, inqilabdan əvvəl dünyada məlum olmayan Əhli-beyt məktəbinin genişlənməsi. Bu, İslam İnqilabının nəticələrindən biridir.

Həbsxanada olanda anladım ki, həbsxanadakı işçilər şiələri çox yaxşı tanıyırlar. Hacı Qasım Süleymaninin şəhadətindən sonra onlarla söhbət edirdik və onun haqqında [nə dərəcədə] məlumatlı olduqlarını anladıq.”

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!