Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

12 oktyabr 2022

13:30:00
1312928

Seyid Əbdülməlik əl-Husi: Sionist rejimlə münasibətləri normallaşdırmaq xəyanətdir / Amerika və İsrail bəşəriyyəti azdırmağa çalışır

Yəmənin Ənsarullah hərəkatının lideri deyib: “Sionist rejimlə münasibətləri normallaşdırmaq Allaha, Rəsuluna və müsəlmanlara xəyanətdir və heç şübhəsiz, açıq-aşkar ikiüzlülükdür.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin əl-Husi İslam Peyğəmbərinin (s) mövludunun ildönümü münasibəti ilə videokonfrans formasında çıxış edib.

Seyid Əbdülməlik əl-Husi çıxışı xamanı bildirib: “Zalımlar və tağut qüvvələri insanları peyğəmbərlərdən, ilahi təlimlərdən uzaqlaşdırmağa, din adı altında dini təhrif etməyə, fitnə-fəsad və pislikləri, haram əlaqələri, homoseksuallıq kimi çirkin cinayətləri yaymağa çalışırlar.”

Yəmənin Ənsarullah hərəkatının lideri qeyd edib: “Bütün zalım və tağut qüvvələr ki, hazırkı dövürdə Amerika, İsrail və onların müttəfiqləridir, hamısının bütün səyləri və amalları insanları nur yolundan çıxarıb zülmətə çəkməkdir.”

O, qərbliləri dünya xalqları fitnə-fəsad bataqlığına çəkmək cəhdlərinə görə xəbərdar edərk bildirib: “Mən Qərb liderlərindən xahiş edirəm ki, onları fəth edən və yoldan çıxaran sionizm şərindən xilas olsunlar.”

Seyid Əbdülməlik əl-Husi əlavə edib: “Biz İslam ümmətinin məsələlərində prinsipial və Qurani mövqeyimizi vurğulayırıq və bunun ən başında Fələstin və Məscidül-Əqsa məsələsi dayanır. Sionist rejimlə münasibətləri normallaşdırmaq Allaha, Rəsuluna və müsəlmanlara xəyanətdir və heç şübhəsiz, açıq-aşkar ikiüzlülükdür.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!