Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə axşamı

11 oktyabr 2022

18:19:28
1312779

Almanlar Berlin hökumətinin siyasətlərinə etiraz edir

Minlərlə almanyalı Berlində ölkə parlamentinin binası qarşısına toplaşaraq görünməmiş yüksək qiymətlərə və Almaniya hökumətinin Rusiyaya qarşı sanksiya tətbiq etmə siyasətinə etiraz edib.

ifrat sağçı "Almaniya üçün Alternativ" (AFD) partiyasının tərəfdarları Almaniyada qiymət artımına, o cümlədən təbii qaz və elektrik enerjisinin bahalaşmasına etiraz etmək üçün Berlinin Reyxstaq binası qarşısına toplaşıblar.

"Ölkəmiz ilk" şüarının yer aldığı AFD mitinqinin iştirakçıları təkcə Almaniya bayraqlarını deyil, həm də Rusiya bayraqlarını və ifrat sağçıların simvol kimi istifadə edilən imperiya Reyxskriq bayrağını dalğalandırıblar.

Nümayişçilər də Rusiya bayrağını dalğalandıraraq, "Biz Rusiya neftini və qazını istəyirik", "Bu gün susanlar sabah donacaqlar" şüarları səsləndiriblər.

"Döyçə Völə" yazıb: AFD-nin həmsədri Tino Çrupalla Ukraynanı işğal etdiyinə görə Rusiyaya sanksiya tətbiq etməklə Almaniya hökumətini öz xalqına qarşı müharibə aparmaqda ittiham edib. Onun, etirazçılar qarşısında iqtisadiyyat naziri Robert Habek-in istefası ilə bağlı çağırışları dinləyiciləri tərəfindən alqışlarla qarşılanıb.

Çrupalla həmçinin hökuməti öz siyasəti ilə vətəndaşların ehtiyaclarına məhəl qoymamaqda ittiham edib və qeyd edib ki, Almaniyanın hakim koalisiyasını təşkil edən üç partiyadan biri olan Yaşıllar Partiyası ölkəmizin kasıb və zəif olmasını istəyir.

Almaniya parlamenti binası qarşısında keçirilən aksiyadan sonra nümayişçilər şəhər boyu etiraz yürüşünə başlayıblar. AFD-nin miqrasiya əleyhinə mövqeyinə və ifrat sağçı ideologiyaya qarşı olan qruplar.  

Əks etirazların təşkilatçıları deyirlər ki, AFD öz siyasətini təşviq etmək üçün ərzaq və enerji qiymətlərinin artmasından bir alət kimi istifadə edir. 

Polisin hesablamalarına görə, AFD nümayişində təxminən 10,000, əks-nümayişçilərin sayı isə 1,500 nəfər olub.

342/