Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar ertəsi

26 sentyabr 2022

19:03:00
1308473

SEPAH Komulə terror qruplaşmasına qarşı hücumları bərpa edib

İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın quru qoşunlarının İraq Küedüstanında terrorçu qruplaşmaların mövqelərinə qarşı əməliyyatların yeni mərhələsinə başlayıb.

bundan əvvəl, sentyabrın 24-də də SEPAH-ın quru qoşunları İraqın şimalında yerləşən terror qruplaşmalarının son hərəkətlərinə cavab olaraq, bu terror qruplaşmalarının qərargahı və yerləşdiyi məkanlara qarşı hücumlar həyata keçirib.

"Cami-Cəm Onlayn" saytının məlumatına görə, SEPAH-ın quru qoşunlarının Həmzeyi Seyidüş-Şühəda bazasına aid bölmələri İraq Kürdüstanında yerləşən terror qruplaşmalarının mövqelərinə artilleriya və pilotsuz uçuş aparatlarından hücumları bərpa edib.

SEPAH bu əməliyyatda artilleriya bölmələri və pilotsuz təyyarələrdən istifadə etməklə terrorçu qrupların mövqelərini hədəfə alır.

Bu hücumlarda terror qruplaşmalarının toplanma qərargahları, təlim və əməliyyat mərkəzlərini məhv etmək üçün ağıllı və dəqiq silahlardan istifadə edilib.

342/