Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

26 sentyabr 2022

11:04:00
1308255

Peyğəmbərin və İmam Həsənin şəhadətləri günü münasibəti ilə Kərbəladan Nəcəfi əşrəfə kimi piyada yürüşlərə start verilmuşdir – Foto

Kərbəla Nəcəfi Əşrəf yolu boyu yenidən zəvvarlara xidmət göstərən mokəblər qurulmuş və İraqın mömin xalqı könüllü fəaliyyətlərinə yenidən başlamışlar.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, hər il olduğu kimi bu il də səfər ayının 28-də həzrəti Muhəmməd Peyğəmbərin (səlləllahu əleyhi və alih) və Allah Təalanın təyin etdiyi ikinci İmam həzrət Həsən Müctəbanın şəhadətlərinin ildönümü münasibəti ilə Ərbəin yürüşündə olduğu kimi on minlərlə iraqlı Kərbəla şəhərindən piyada Nəcəfi Əşrəf şəhərinə, Əmirul-möminin Əli ibn Əbu Talibin (ə) müqəddəs məzarına yürüş ediblər. Kərbəla Nəcəfi Əşrəf yolu boyu yenidən zəvvarlara xidmət göstərən mokəblər qurulmuş və İraqın mömin xalqı könüllü fəaliyyətlərinə yenidən başlamışlar.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!