Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

24 sentyabr 2022

16:43:13
1307874

Sədr müsəlmanlar arasında zorakılığın, məzhəb savaşının dayandırılmasına çağırıb

İraqın Sədr hərəkatının rəhbəri müsəlmanlar arasında zorakılığa, məzhəb savaşına və fikir ayrılığına son qoymağa çağırıb.

İraqın Sədr hərəkatının lideri Müqtəda Sədr yazdığı tvitdə ilk növbədə müsəlmanlar sonrakı mərhələdə isə digər dinlər arasında zorakılıq və fikir ayrılıqlarının dayandırılmasının və dini etiqad azadlığını pozan hər kəsdən bəraət qazanmağın vacibliyini vurğulayıb. 

O, həmçinin zorakılıqdan istifadə edənlərdən, fitnə və məzhəb ixtilafları yayanlardan bəraət qazanmağın vacibliyini vurğulayaraq, müsəlmanların çoxluq təşkil etdiyi ölkələr arasında bütün müharibələr və münaqişələrin dayandırılmasına və inanclara hörmətsizlik etməməyə çağırıb. 

2021-ci il seçkilərindən sonra keçən oktyabr ayında İraqda yeni hökumətin qurulması prosesi nəticəsiz qaldıqdan sonra İraqın Koordinasiya Çərçivəsi Məhəmməd Şia əl-Sudanini baş nazirliyə namizəd kimi təqdim etdi. Lakin İraqın Sədr hərəkatı bu seçimə qarşı çıxdı, beləliklə də ölkə siyasi dalana dirənmənin yeni mərhələsinə qədəm qoydu.

342/