Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

19 sentyabr 2022

15:17:00
1306410

Kərbəla valisi: “Bu ilki Ərbəin ziyarəti tarixdə ən böyük Ərbəin ziyarəti idi.”

Kərbəla valisi builki Ərbəin ziyarətinin tarixdə ən böyük Ərbəin ziyarəti olduğunu bildirib və əlavə edib: “Builki Ərbəin ziyarətində 60 min könüllü iştirak edib və ziyarətçilərə xidmət göstəriblər.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Kərbəla valisi mühəndis "Nasif Casim əl-Xitabi" bu il, 1444-cü Hicri Qəməri ilin (2022) Ərbəin ziyarətinin tarixdə ən böyük Ərbəin ziyarəti olduğunu açıqlayıb.

Dünən, bazar günü, 27 Şəhrivar 1401 hicri şəmsi, (21 Səfər 1444 hicri qəməri və 2022 sentyabırın 18-i) İraqın daxili işlər naziri Osman Əl-Qanimi ilə birgə mətbuat konfransında Kərbəla valisi vurğulayıb:

“Sağlamlıq və ziyarətçilərin daşınması tədbirlərini planlaşdırmadan heç bir təhlükəsizlik xidməti uğur qazana bilməz.”

Cənab Xitabi deyib: “Builki Ərbəin ziyarətində 60 min könüllü iştirak edib və ziyarətçilərə xidmət göstəriblər.”

Kərbəla valisi qeyd edib: “Milyonlarla zəvvarlara ən yaxşı xidməti göstərmək üçün digər əyalətlərin milli nazirlik və qurumlarının dəstəyinə baxmayaraq, vilayətin xidmət, təhlükəsizlik və səhiyyə idarələri bu nəhəng əhali seyli ilə qarşılaşmaq üçün böyük çətinliklərlə üzləşmişdilər.”

Qeyd edək ki, ilkin hesablamalara görə, builki Ərbəin ziyarətində İraq daxilindən və xaricdən 20 milyon zəvvarın Kərbəlanı ziyarət etdiyi və zəvvarların sayının ötən illə müqayisədə üç milyondan çox artdığı bildirilir.

İraq dövlətinin, o cümlədən ziyarətgah şəhərlərinin lazımi infrastruktura malik olmamasına baxmayaraq; saylarının ağılasığmaz olan zəvvarları qəbul etmək və onlara xidmət göstərmək yalnız Allah Təalanın izni ilə Əhli-Beytin (ə) izzəti və bu ölkə xalqının və məsul şəxslərinin fədakarlıqları sayəsində təmin olunur.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!