Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Səhər Azəri
şənbə

17 sentyabr 2022

16:26:00
1306076

İşğalçı Türkiyə ordusu İraqın şimalında keçirdiyi hücumu zamanı 371 İraqklını öldürülüb

Bağdad rəsmiləri dəfələrlə Türkiyə hökumətindən İraqın suverenliyinin pozulmasına son qoymağı və qüvvələrini bu ölkənin şimalından çıxarmağı tələb ediblər, lakin Türkiyə hökuməti bu tələblərə məhəl qoymayaraq, öz təcavüzünü davam etdirir.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, işğalçı Türkiyə müdafiə naziri iddia edib ki, İraqın şimalında "Pəncə-Kilid" adlı antiterror əməliyyatlarının aparıldığı bölgədə Kürdüstan Fəhlə Partiyası PKK-nin 371 üzvü məhv edilib.

Kürdüstan Fəhlə Partiyası PKK və onun suriyalı qanadı olan YPG-ni terror təşkilatları siyahısına salan Türkiyə hökuməti son aylarda Bağdad rəsmilərinin xəbərdarlığına məhəl qoymadan və bu qruplaşmalarla mübarizə bəhanəsi ilə İraqın şimalında tez-tez quru əməliyyatları, hava hücumları və artilleriya bombardmanları həyata keçirir, hansı ki, bu hücumlardan ən ölümcülü 9 nəfərin ölümü, 23 nəfərin isə yaralanması ilə nəticələnən keçən ay Dohuk vilayətindəki bir əyləncə mərkəzinə edilən hücum olub.

Bağdad rəsmiləri dəfələrlə Türkiyə hökumətindən İraqın suverenliyinin pozulmasına son qoymağı və qüvvələrini bu ölkənin şimalından çıxarmağı tələb ediblər, lakin Türkiyə hökuməti bu tələblərə məhəl qoymayaraq, öz təcavüzünü davam etdirir.

Türkiyənin müdafiə naziri Hulusi Akar Ankarada hakim Ədalət və İnkişaf Partiyasının məşvərət şurasının toplantısı öncəsi jurnalistlərə açıqlamasında bu əməliyyatda indiyədək 400-dən çox sığınacaq və mağaranın məhv edildiyini, 371 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Türkiyənin "terrorun mənbəyində məhv edilməsi" deyilən strategiya ilə davam etdiyini bildirən Akar deyib: "Son terrorçu məhv edilənə qədər terrorla mübarizə artan templə, hücumçu bir yanaşma ilə davam edəcək".

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!