Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Səhər Azəri
şənbə

17 sentyabr 2022

16:18:00
1306074

Sionistlər öz ekspansianist məqsədlərinə çatmaq üçün hər gün Fələstinin müxtəlif bölgələrinə hücum edirlər. Onlar boş iddialarla fələstinliləri həbs edir, yaralayır və ya şəhid edirlər. Müqavimət qüvvələri əməliyyatlar keçirməklə qəsbkar sionist rejimin cinayətlərinə cavab verirlər.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Sionist rejim müqavimət döyüşçülərinin əməliyyatında bu rejimin bir zabitinin öldürülməsindən sonra fələstinli qüvvələrdən qorxduğuna görə, öz ordusunu/ həbsləri genişləndirməyə və İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə daxil olmağa hazırlayır.

Əl-Əqsa şəhidləri batalyonları çərşənbə günü səhər saatlarında bir məlumatda bildirib ki, qərb sahilində yerləşən Cenin şəhərinin şimalındakı Əl-Cəlmə yoxlama-buraxılış məntəqəsinin yaxınlığında sionist rejim hərbçilərinin bir avtomobilinə atəş açıblar. Bu əməliyyat nəticəsində sionist rejimin bir zabiti öldürülüb.

Sionist rejim ordusu etiraf edibdir ki, sentyabr 14-də Əl-Cəlmə bölgəsində bu rejim hərbçilərinin Fələstin müqavimət qrupları ilə toqquşmasında bir sionist zabit öldürülüb.

Bu hadisənin ardınca sionist rejimin 13-cü televiziya kanalı da xəbər veribdir ki, İsrail rejiminin ordusu qərb sahilinin şimal bölgələrində yerləşməyə davam edir və bu ordunun yəhudilərin bayramları arasında qərb sahilinin müxtəlif şəhərlərində özünün təxminən 20 min hərbçisini yerləşdirməsi proqnoz edilir.

Bu sionist medianın məlumatına görə, bu hazır vəziyyət həmin rejimin qarşıdakı seçkilərinə qədər davam edəcək.

Sionistlər öz ekspansianist məqsədlərinə çatmaq üçün hər gün Fələstinin müxtəlif bölgələrinə hücum edirlər. Onlar boş iddialarla fələstinliləri həbs edir, yaralayır və ya şəhid edirlər. Müqavimət qüvvələri əməliyyatlar keçirməklə qəsbkar sionist rejimin cinayətlərinə cavab verirlər.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!