Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

15 sentyabr 2022

15:56:59
1305843

“İraq Əhli-Beyt (ə) Assambleyası”nın 1444-cü ilin Ərbəin mövsümündəki fəaliyyətləri haqqında hesabat

“İraq Əhli-Beyt (ə) Assambleyası”nın müdiri bildirib: Bu il 833 “Tariq Ya Hüseyn (Nəcəfdən Kərbəlaya piyada yürüş yolu)” rubrikasında “İraq Əhli-Beyt (ə) Assambleyası”nın mokəbini-xidmət dayanacağını təşkil etdik. Biz Assambleyanın yürüşü ilə yanaşı, “Beynəlxalq Aşura” mokəbini də keçirdik.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Hər il olduğu kimi builki Ərbəin mövsümü ilə eyni vaxtda İraqın dini, moizə, yardım, sağlamlıq, xidmət və təhlükəsizlik mərkəzləri və təşkilatları İmam Hüseynin (əleyhi səlam) Ərbəin milyonlarca zəvvarına lazımi xidmətləri göstərməyə çalışırlar.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasına aid yerli məclislərdən biri olan “Əhli-Beyt (ə) İraq Assambleyası” bu mərkəzlərdəndir ki, hər il ölkənin müxtəlif yerlərində yerli və xarici qonaqlara xidmət etmək üçün bir çox fəaliyyətlər həyata keçirir.

“İraq Əhli-Beyt (ə) Assambleyası”nın rəhbəri builki fəaliyyətlər haqqında dedi: İmam Zamanın (ə) bərəkəti ilə bu il hicri 1444-cü ilin Ərbəin günlərində uğur qazandıq. Mədəniyyət və xidmət sahələrində zəvvarlara xidmət göstərmək uğuruna nail olduq.

ABNA redaksiyasının müxbiri ilə söhbət edən höccətül-islam vəl-müslimin “Pəhləvanzadə Behbəhani” əlavə edib: “Bu il Əhli-Beyt (ə) Assambleyasının mokəbi “Tariq Ya Hüseyn(Nəcəfdən Kərbəlaya gedən yürüş yolu)”nin 833-cü sütunda fəaliyyət göstərir.

O, deyib: “Biz Assambleya mokəbi ilə yanaşı, “Beynəlxalq Aşura” mokəbini-(zəvvarlara xodmət göstərən dayanacağı) də keçirdik.”

Behbəhani bildirib: “Bu günə qədər bizim iki mokəbimiz minlərlə zəvvarı qəbul edib. Onlar burada bir-iki gecə qalır, sonra Kərbəlaya yola düşürlər.”

Bu iki mokəbin-(zəvvarlara xidmət göstərən dayanacaqların) zəvvarlara təqdim etdiyi mədəni xidmətlər, “Ərbəin ziyarəti kitabının paylanması”, “Dini və mədəni broşürlərin paylanması”, “Ruhanilərin təbliğat fəaliyyəti”, “İmam Hüseynin (ə) qiyamının fəlsəfəsi, məqsəd və nəticələrinin izahı” və “Şübhələrin cavablandırılması və şəriət məsələləri” və s. dən ibarətdir.

Cənab Behbəhani bu iki yürüşün rifah xidmətlərindən bəhs edərək deyib: “Bu il müxtəlif ölkələrdən milyonlarla zəvvarın olması səbəbindən "əsl böhran" yarandı və bu,i çməli suya böyük ehtiyac idi. Əvvəlki illərdə yürüşlər səfərin 8-10-u arasında fəaliyyətə başlasa da, zəvvarların çoxluğu səbəbindən bu il səfərin birindən yürüşlər fəaliyyətə başlayıb. Ona görə də içməli su problemi böyük böhrana çevrildi. Bununla bağlı Aşura Beynəlxalq Fondu ilə əməkdaşlıq çərçivəsində külli miqdarda qablaşdırılmış sanitar su aldıq və indiyədək onlardan bir neçə min karton zəvvarlar və müxtəlif yürüşlər arasında payladıq.

O, Assambleyanın iki və Aşura Təşkilatının fəaliyyət göstərən qulluqçular haqqında da deiyib:

“Cənab “Rza Almasi”nin məsul olduğu “Heyəte Zəhrae (s) Tehran”ın yetmişə yaxın üzvü burada iştirak edir və çətin şəraitə və imkanların məhdudluğuna baxmayaraq, Ərbəin zəvvarlarına xidmət göstərirlər.

İraq Əhli-Beyt (ə) Assambleyasının müdiri “Nidaul Əqsa” mokəbi ilə əməkdaşlıqdan da bəhs edib və deyib:

“İki mokəbimiz “Kərbəla Əhli-Beyt Universiteti”nin mərkəzi binasının yanında yerləşir. Bu universitet Ərbəin zəvvarlarını qarşılamaqla yanaşı, İmam Hüseynin (ə) Ərbəin ziyarətində Şiə qardaşlarına xidmət etmək üçün Fələstin, Livan və Suriyadan gəlmiş müfti və sünni fəalların iştirak etdiyi “Əqsa çağırış yürüşü”nə ev sahibliyi edir.

Höccətül İslam vəl Müslimin Behbəhani əlavə etdi:

Planlaşdırılır ki, Beynəlxalq Əhli-Beyt (ə.s) universitetin digər fəaliyyətləri ilə yanaşı 833- cü sütunda yerləşən “Nidaul Əqsa” mokəbində “Ümumdünya Əhli-Beyt Assambleyası baş katibi Ayətullah “Ramazani”, Ali Şurasının sədri Ayətullah “Əxtəri” və Ayətullah “Durri Nəcəfabadi”nin iştirakı və açıqlamalarından istifadə olunsun.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!