Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

14 sentyabr 2022

18:01:00
1305697

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi 1444-cü ilin Ərbəin yürüşlərinə qatıldı - Foto

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi bu gün səhər “Tariq Ya Hüseyn”ə daxil olaraq Ərbəini yürüşünə qoşulub.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İmam Hüseynin (əleyhi səlam) Ərbəin matəmi günləri ilə eyni vaxtda Həzrət Seyid Şühada (ə) fədailərinin seli axını Kərbəla şəhərinə doğru irəliləyir.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Ayətullah Rza Ramazani də bu gün səhər, çərşənbə günü, 14 sentyabr 2022 (17 Səfər 1444) Ərbəini yürüşlərinə qatıldı.

Aşağıdakı şəkildə “İraq Əhli-Beyt (ə) Asambleyası”nın rəhbəri Höccətül-İslam vəl-Müslimin Pəhləvanzadə Behbəhaninin müşayiəti ilə Ümumdünya Əhli-Beyt (ə) Assambleyanın Baş katibi də bu müqəddəs yürüşə qatılıblar.

Qeyd edək ki, Ayətullah Ramazaninin Kərbəlaya gəlişindən sonra yürüşlər və nümayəndə heyətləri ilə bağlı planları olacaq.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!