Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

13 sentyabr 2022

15:20:00
1305495

İmam Xameneinin İraqdakı nümayəndəsinin İraqlı mokəb sahiblərinə minnətdarlığı / Ərbəin yürüşü gecənin möcüzəsidir

Ümümdünya Müsəlmanlarının Ali Rəhbərinin İraqdakı nümayəndəsi videomüraciətində özü və İmam Xamenei cənablarının adından İmam Hüseyn (ə) yolunda mallarını bağışlayan iraqlı mokəb sahiblərinə minnətdarlığını bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ümümdünya Müsəlmanlarının Ali Rəhbərinin İraqdakı nümayəndəsi videomüraciətində özü və İmam Xamenei cənablarının adından İmam Hüseyn (ə) yolunda mallarını bağışlayan iraqlı mokəb sahiblərinə minnətdarlığını bildirib.

Ayətullah Seyid Müctəba Hüseyni deyiblər: “İmam Hüseynin (ə) yolu İslam ümmətinin birliyinin simvoludur. Ərbəin yürüşündə müxtəlif ölkələrdən, məzhəblərdən və dinlərdən olan insanlar iştirak edir və bu onu göstərir ki, bu yol hamımızı İslam və bəşəri birliyə yönəldir.”

O, Ərbəin yürüşünü dövrün möcüzəsi adlandırıb və əlavə edib: “Ərbəin yürüşü ləyaqət, səxavət, izzət və qardaşlıq rəmzidir. Biz öz gözümüzlə görürük ki, bu yürüşün oxşarı yoxdur. Ərbəin yürüşü Əhli-beytə (ə) təsəlli və yardım vasitəsidir və zəvvarlar üçün mənəvi bəhrələri olacaqdır.”

İslam İnqilabın Ali Rəhbərinin İraqdakı nümayəndəsi əlavə edib: “Ərbəin yürüşü Həzrət Zeynəbin (s), İmam Səccadın (ə) və Əhli-beytin (əleyhimus-salam) yoludur. Bununla da İslamın ləyaqət və şərəfini, batilin puçluğunu və xainlərin xəyanətini hər kəsə elan etdilər.”

Ayətullah Seyid Müctəba Hüseyni İmam Hüseynin (ə) hərəkatının sona çatmadığına, lakin sonu olmayan bir yol olduğuna işarə edərək əlavə etdi: “Zeynəb (ə) və İmam Səccadın (ə) ordusu kimi bizim yolumuz, hərəkətimiz və missiyamız onların yolu, hərəkəti və missiyası kimi olmalıdır. Yolumuzun Təvəlli və Təbərri yolu olması lazımdır. Təbərri yəni zamanənin təkəbbürlü qüvvələrindən, yezidlərindən xüsusi ilə də müsəlmanlara pislik edən Amerikadan bezar olub onlara qarşı çıxmaq deməkdir. Təvəlli, Allahın övliyalarını və “Allahdan başqa ilah yoxdur və Muhəmməd Allahın Elçisidir!” deyənləri sevmək deməkdir. Təvəlli yəni xalqın, insanlığın ləyaqətini bərpa etmək istəyənləri sevmək deməkdir. Ona görə də bu istiqamətdə hərəkətimiz İmam Hüseyn, Həzrət Zeynəb və İmam Zeynul-Abidinin (əleyhimus-salam) hərəkətləri ilə eynidir.

Ayətullah Hüseyni Aşura qiyamının nəticələri haqqında deyib: “İmam Səccad və Həzrət Zeynəb (əleyhimus-salam) düşmənin hesabatını dəyişdirdilər; Elə bir şəkildə ki, kufəlilər beyətlərini pozduqlarını və Əhli-beytə (əleyhimus səlam) xəyanət etdiklərini anladılar. Buna görə də utandılar, peşman oldular və ağladılar; Bu səbəbdən Həzrət Zeynəb (səlamullahi əleyh) onları danladı. Şamda (Dəməşqdə) da eyni şey oldu; Şam əhli Əhli-beyti (əleyhimus səlam) tanımırdılar və güman edirdilər ki, İmam Hüseynin (əleyhi səlam) dini yoxdur, İmam Əli (əleyhi səlam) isə namaz qılmır! Vəziyyət o həddə çatdı ki, Yezid İmam Hüseyn (əleyhi səlam) üçün öz sarayında əzadarlıq etməli oldu və Suriyada vəziyyət dəyişdi.”

Ümümdünya Müsəlmanlarının Ali Rəhbərinin İraqdakı nümayəndəsi bildiriblər: “İmam Hüseyn (ə) və onun sadiq səhabələrinin qanı bütün dünyaya və İslam ölkələrinə yayıldı. İraqda Ərbəin günlərində, Kərbəla və Nəcəf şəhərlərində və ümumiyyətlə qəlbləri Seyyid Şühəda şövqü ilə alovlanan insanların olduğu hər yerdə bir Hüseyni dinamik əmələ gəlmişdir.

Sonda İslam İnqilabının ali rəhbərinin İraqdakı nümayəndəsi İraq xalqına və mokəb sahiblərinə zəvvarları qarşıladıqları və onlara xidmət göstərdikləri üçün bir daha təşəkkür edib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!