Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

11 sentyabr 2022

19:27:33
1305138

Kərbəla valiliyi İmam Hüseynin (əleyhi səlam) Ərbəin günləri münasibətilə bazar günüdən etibarən cümə axşamına qədər istirahət günü elan edib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Kərbəla valiliyi İmam Hüseynin (ə) Ərbəin günləri münasibətilə bazar günündən cümə axşamı gününə qədər tətil elan edib.

Bu barədə Kərbəla valisi Nəsif əl-Xətabinin media ofisi bəyanat yayaraq elan edib:

“Təhlükəsizlik və xidmət planlarının həyata keçirilməsi və müqəddəs Kərbəla əhalisinin İmam Hüseynin (əleyhis salam) milyonlarla zəvvarına ev sahibliyi etmələri üçün yerli şəraitə uyğun olaraq qərar alındı ki, Ərbəin ziyarəti zamanı şəhərdə ümumi tətil elan olunsun."

Bəyanatın davamında deyilir: "Tətillər 11 sentyabr, bazar günü başlayaraq 15 sentyabr, cümə axşamına qədər Kərbəla valiliyi və bütün təhlükəsizlik və xidmət müəssisələri istisna olmaqla, davam edəcək."

Qeyd edək ki, bu il İmam Hüseynin (əleyhi səlam) Ərbəin  mərasimi 17 Sentyabr, şənbə günü olacaq və milyonlarla yerli və xarici zəvvar artıq bu şəhərə yola düşüb.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!