Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə

7 sentyabr 2022

15:47:31
1304438

Fitnəkarlıq fürsəti Ərbəin bədxahlarından alınmalıdır

İraqın Sədr cərəyanının rəhbəri bildirib ki, bir qrup şəxs fitnə törətmək ardıncadır. Deyibdir ki, bu fürsət Ərbəin mərasimin düşmənlərindən, Səddamçı bəəsçilərdən və hər alçaq insandan alınmalıdır.

Dünən axşam Ərbəin mərasiminin önəminə işarə edən Seyid Müqtəda Sədr öz tvitter səhifəsində yazıbdır ki, rituallar və müqəddəslərdə güzəştə gedilməməlidir və İraqın təhlükəsizliyi hamının üzərinə düşən bir əmanətdir.

Sədr bundan qabaq da Ərbəin mərasimində təmizliyə, sanitariya və gigiyena qaydalarına riayətə təkidlə, müqəddəs Kərbəla şəhərinin məsul şəxslərindən istəmişdi ki, təhlükəsizliyi və təhlükəsizlik qüvvələri vasitəsilə yoxlama-buraxılış məntəqələrinin nəzarətini ələ alsınlar.

İraq ordusu və Həşdüşşəbi qüvvələri İmam Hüseyn əleyhissalam Ərbəini zəvvarlarının təhlükəsizliklərini təmin etmək istiqamətində zəvvarların keçdikləri yollarda yerləşiblər.

342/